
İnfantino növbəti dəfə FİFA prezidenti seçilib
Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib.
Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib.
İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.
İnfantino 2016-cı ildən FİFA-nın prezidenti postundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin