İnfantino: “FİFA qəti şəkildə mavi vərəqələrə qarşıdır”
FİFA-nın prezidenti Canni İnfantino təşkilatın mavi vərəqənin tətbiqinə qarşı olduğunu bildirib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o belə deyib:
“FİFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Qətiyyən xeyr”.
Bundan əvvəl mavi vərəqə şəklində yeni intizam tənbehi növünün yaxın gələcəkdə tətbiq oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Bu vərəqənin oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstəriləcəyi bildirilmişdi. Bundan sonra oyunçuların 10 dəqiqə meydandan kənarlaşdırılacağı vurğulanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin