İnfantino da Vinisiusun başına gələnlərə səssiz qalmadı

FİFA prezidenti Canni İnfantino İspaniya La Liqasında 35-ci turun “Valensiya” – “Real” oyununda (1:0) yaranan irqçilik qalmaqalına münasibət bildirib.

Komanda.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabındakı paylaşımında madridlilərin hücumçusu Vinisius Junioru dəstəklədiyini açıqlayıb:

“Mən Vinisiusu tam dəstəkləyirəm. İrqçiliyin futbolda və cəmiyyətdə yeri yoxdur. FİFA oxşar vəziyyətdə olan bütün oyunçuları dəstəkləyir. “Valensiya” – “Real” matçında baş verənlər göstərir ki, belə də olmalıdır.

Buna görə də, FİFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda bu kimi vəziyyətlərə cavab vermək üçün üç mərhələli proses var. Əvvəlcə hakim elan edərək oyunu dayandırmalıdır. İkincisi, futbolçular meydanı tərk edir və diktor təhqirlərin davam edəcəyi təqdirdə, matçın dayandırılacağını bildirir. Oyun sonra yenidən başlayır və üçüncüsü, hücumlar davam edərsə, matç dayandırılır və rəqib üç xal alır. Bunlar bütün ölkələrdə və bütün liqalarda riayət edilməli olan qaydalardır.

Biz təbliğat vasitəsilə nizam-intizamı qorumalıyıq”.

“Valensiya”nın azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button