İndoneziya klubu Özillə maraqlanır: “Zarafat deyil”
İndoneziyanın “Çileqon” klubu “Fənərbaxça”nın futbolçusu Məsut Özillə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə İndoneziya təmsilçisinin rəsmilərindən olan Rudi Salim yerli mətbuata açıqlamasında deyib. O, Özillə yaxından maraqlandıqlarını söyləyib:
“Özilə böyük marağımız var. Daha əvvəl onu heyətə cəlb etmək üçün çalışmışıq. Onu transfer etmək istədiyimiz xəbərləri zarafat deyil”.
Özil bu mövsüm “Fənərbaxça”da 23 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin