
İndoneziya millisi Bakıda keçirilən dünya çempionatında qələbəyə sevindi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.
Komanda.az xəbər verir ki, E qrupunun oyununda İndoneziya Kosta Rika ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən görüş İndoneziya yığmasının qələbəsi ilə nəticələnib – 1:0.
Bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya Qananı məğlub edib – 3:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



