Kapello həmyerlisini təriflədi

“Milan”ın sabiq italiyalı baş məşqçisi Fabio Kapello Roberto De Zerbinin “Brayton”dakı işini yüksək qiymətləndirib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Kapello, italiyalı mütəxəssis haqda bunları deyib:

“O, işlədiyi yerdə öz ideyalarını müdafiə edən yaxşı təlim keçmiş məşqçidir. Bununla belə, adının top-klublarla bağlı hallanmasına baxmayaraq, indiyədək heç kim onun üçün gəlməyib”.

O, həmçinin əlavə edib ki, İngiltərə klubu De Zerbi ilə müqaviləni vaxtından əvvəl ləğv etmək üçün 15 milyon avro tələb edir. Kapellonun fikrincə, bu pul çoxdur.

44 yaşlı mütəxəssisin “Brayton”la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Komanda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button