“Bu adamın nə qədər yaxşı olduğunu sizə deyə bilmərəm” – Qriliş

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş sosial şəbəkədə keçmiş komanda yoldaşını tərifləyib.

Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu, sosial şəbəkə hesabında Almaniya millisinin kapitanı, “Barselona”da forma geyinən İlkay Gündoğanın indiyə qədər oynamaqdan həzz aldığı ən yaxşılardan biri olduğunu bildirib:

“Bu adamın nə qədər yaxşı olduğunu sizə deyə bilmərəm. Düzünü desəm, indiyə qədər oynamaqdan həzz aldığım ən yaxşılardan biridir”.

Almaniya millisi AÇ-2024-ün qrup mərhələsinin ikinci turunda Macarıstanı 2:0 hesabı ilə məğlub edib. Gündoğan bu qarşılaşmada komanda yoldaşına məhsuldar ötürmə verib.

Yulian Naqelsmannın yetirmələri AÇ-2024-ün pley-off mərhələsinə vəsiqəni təmin edən ilk komanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button