İndidən özünə yeni klub axtarmalıdır
“İnter” hücumçusu Edin Dzeko ilə müqaviləni yeniləmək fikrində deyil.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Dzekonun komandanı azad agent statusunda tərk etmə ehtimalı yüksəkdir.
36 yaşlı bosniyalının Milan klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Dzeko “İnter”in heyətində bütün yarışlarda 9 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
“İnter” hücumçunu 2021-ci ildə “Roma”dan cəmi 4 milyon avroya alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin