“İndi “Yuventus”da xoşbəxt deyiləm”
“Yuventus”un futbolçusu Əmrə Can komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi, “qoca sinyora”nın heyətində xoşbəxt olmadığını bildirib:
“İndi “Yuventus”da xoşbəxt deyiləm. Hazırda komandanın heyətində çox oyun keçirmirəm. Keçən mövsüm tez-tez meydana çıxırdım, xüsusilə də, vacib qarşılaşmalarda və yaxşı oyun göstərirdim. Bu mövsüm isə çox şansım yoxdur, amma düşünürəm ki, yenidən bu şansı qazana bilərəm.
Bu mövsüm çox oynamağıma baxmayaraq, məni yığmaya çağıran Almaniya millisinin baş məşqçisi Yoahim Lövə təşəkkür edirəm”.
2018-ci ildə “Liverpul”dan “Yuventus”a transfer olunan türk əsilli almaniyalı futbolçunun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin