“Yalan danışıb Premyer Liqanı qazanmaq niyyətində olduğumuzu deyə bilmərəm”

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol komandanın bu mövsüm üçün hədəfinin zəif nəticələrə görə dəyişdiyini etiraf edib.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu məqsədlərinin mütləq dəyişdiyini bildirib:

“Bəli, məqsədimiz mütləq dəyişdi. İndi yalan danışıb Premyer Liqanı qazanmaq niyyətində olduğumuzu deyə bilmərəm. Deyə bilərəm ki, istəyirəm, amma bu şəraitdə çətindir. Buna görə də, düşünürəm ki, hazırda məqsədimiz növbəti matçda qalib gəlməkdir”.

“Şəhərlilər” ardıcıl 4 dəfə Premyer Liqa titulunu qazanıb və həmçinin, cari mövsümün favoriti idi. Ancaq komanda noyabrın əvvəlindən bəri keçirdiyi 8 oyunun altısında məğlub olub.

Pep Qvardiolanın yetirmələri hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button