
Totti: “İndi oynasaydım, dünyanın ən yaxşısı olardım”
“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti oynasaydı, hazırda dünyanın ən yaxşı futbolçusu ola biləcəyini düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropada daha güclü futbolçu tapa bilmədiyini deyib:
“İndi oynasaydım, dünyanın ən yaxşısı olardım. Hazırda Avropada Françesko Tottidən daha güclü futbolçu tapa bilmirəm”.
Totti futbolçu karyerasını 2017-ci ildə başa vurub. Sabiq hücumçu bütün karyerasını “Roma”da keçirib. 48 yaşlı Totti bu müddət ərzində İtaliya klubunun heyətində 785 oyun keçirib, 307 qol vurub və 205 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin