Çalhanoğlu: “İndi məqsədim Çempionlar Liqasını qazanmaqdır”

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu hədəfləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk futbolçu bunu deyib:

“Mən artıq İtaliyada bütün titulları qazanmışam. İndi məqsədim Çempionlar Liqasını qazanmaqdır. İki il əvvəl finalda uduzduq. İndi oraya qayıdıb qalib gəlmək arzusundayam”.

Çalhanoğlu, eyni zamanda, “qızıl top”u, sonra yenidən skudettonu qazanmaq istədiyini vurğulayıb.

“İnter” bu mövsüm Çempionlar Liqasında artıq 1/4 final mərhələsinə yüksəlib. İtaliya klubu bu mərhələdə “Bayern”lə qarşılaşacaq. Komandalar arasında ilk oyun aprelin 8-də, cavab oyunu isə aprelin 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button