
“İndi “Mançester Siti”ni çiyinlərində daşıyan Fodendir” – Anri
“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin futbolçusu Fil Fodenin İngiltərə klubunun çıxışına təsiri barədə fikirlərini bölüşüb.
Komanda.az “Football Tweet”-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun dünya səviyyəli oyunçu olduğunu bildirib:
“Erlinq Halandın formasını və Kevin De Bruynenin zədələrini nəzərə alsaq, indi “Mançester Siti”ni çiyinlərində daşıyan Fodendir. O, dünya səviyyəli futbolçudur”.
“Mançester Siti” aprelin 9-da Çempionlar Liqasının 1/4 fınalının ilk oyununda “Real”la qarşılaşıb (3:3). Oyunda qollardan birini Foden vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin