İndi mənim xəyalım gerçəkləşib – İquayn

“Çelsi”nin “Yuventus”dan icarə əsasında heyətinə qatdığı Qonsalo İquayn yeni klubu haqda açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, “zadəganlar”a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:

“Bu, mənim üçün bir fürsətdir. Burda olduğuma, yenidən Mauritsio Sarrinin rəhbərliyi altında çalışacağıma görə şadam. Bu klub böyük tarixi təmsil edir. Mövsümün sonunda, komandanın özü üçün qoyduğu məqsədlərə çatacağıma ümid edirəm.

Gündən-günə özümü inkişaf etdirməyə çalışıram. Düşünürəm ki, hardasa səhv etsəz belə, daha vacibi təvazökarlıqdır. Səhv edəndə, onu düzəltmək və bu istiqamətdə daha çox çalışmaq lazımdır. Əks təqdirdə, başqalarına məni mühakimə etmək hüququ vermiş olacam. Özüm haqda danışmağı sevmirəm, amma öz üzərimdə işləyirəm, özümdən və komandamdan ən yaxşısını əldə etməyə çalışıram, bütün imkanlardan istifadə edirəm.

Sarri məndən ən yaxşı nəticəni əldə etmiş məşqçidir. Xüsusilə, psixologiya baxımından mənimlə necə işləyəcəyini bilir. Onunla birlikdə çalışdığımız il inanılmaz idi. Mən ona yenidən bu fürsəti yaratdığı üçün minnətdaram. Bu, mənim üçün çox vacibdir, çünki yenidən o səviyyəyə qayıtmaq istəyirəm.

Hər zaman İngiltərədə oynamaq istəmişəm, amma belə fürsətim olmayıb. İndi mənim xəyalım gerçəkləşib. Daha əvvəl üç çempionatda oynamışam. Bununla fəxr edirəm və ümid edirəm ki, bu çempionatda ən yaxşı kefiyyətlərimi göstərə biləcəm.

Burda oynamaq çətin vəzifədir. “Çelsi”yə öz oyunumla kömək edə biləcəyimə inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button