“İndi mən sadəcə həyatdan zövq alıram” – Hazard
“Real”ın keçmiç futbolçusu Eden Hazard karyerasını bitirdikdən sonra gördüyü işlərdən danışıb.
Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, Belçika millisinin keçmiş üzvü həyatdan zövq aldığını bildirib:
“İndi mən sadəcə həyatdan zövq alıram, ailəm və uşaqlarımla vaxt keçirirəm. Futbola baxıram, uşaqlarım futbol oynayır. İmkanım olanda televizora baxıram və başqa ev işləri ilə də məşğul oluram”.
32 yaşlı Hazard oktyabrın 10-da rəsmən təqaüdə çıxdığını elan edib. Daha əvvəl o, təqaüdə çıxdıqdan sonra qolf oynamağı və dünyanı gəzməyi planlaşdırdığını bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin