“İçimdə hələ də yanan atəş var” – Buffon
İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı qolkiper, karyerası ilə bağlı bunları deyib:
“İçimdə hələ də yanan atəş var. Oynamağa davam edirəm, çünki özümü yaxşı hiss edirəm, rəqabət aparıram, hər zaman daha da yaxşılaşmaq istəyirəm. 15 ildir ki, həyatımda əyləncəni bir kənara qoymuşam. İndi gəncliyimi yenidən yaşayırmış kimi hiss edirəm. Karyeramın son 12 ilində qələbə sevinci az yaşadım, əvəzində məğlubiyyətlər haqqında çox düşünmüşəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin