
Mbappe gələcəyi haqda suala cavab vermək istəmədi
PSJ-nin hücumçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu onun üçün hazırda ən önəmli şeyin futbol oynamaq olduğunu deyib:
“Mən indi bu barədə danışmaq istəmirəm. İndi düzgün vaxt deyil. İndi mənim üçün ən vacib şey futbol oynamaqdır”.
24 yaşlı hücumçu 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin