“İndi dünyada Bellingemdən güclü yarımmüdafiəçi yoxdur” – Maquayr
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisinin kim olması haqda fikirlərini bildirib.
Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, Maquayr “Real”da forma geyinən ingiltərəli futbolçu Çud Bellingemin adını çəkib:
“İndi dünyada Bellingemdən güclü yarımmüdafiəçi yoxdur. Başqa heç bir seçim yoxdur. Çud xarakteri, əla fiziki forması və təvazökarlığı ilə seçilir. Tədricən inkişaf etməyə davam edir. Əminəm ki, o, eyni ruhda davam edəcək. Onun böyük istedadı var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin