Ukraynalı futbolçu “Mançester Siti”nin onunla maraqlanması haqda: “İnternetdə gördüm”

“Benfika”nın və Ukrayna millisinin qapıçısı Anatoli Trubin “Mançester Siti”nin onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu bunun üzərində dayanmadığını qeyd edib:

“Mən də sizin kimi internetdə gördüm. İndi bütün diqqətimi milli komandaya və “Benfika”ya yönəltmişəm. Qalan hər şey hələlik kənardadır”.

23 yaşlı qolkiper 2023-cü ildən “Benfika”da oynayır. Onun Portuqaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button