“Bu barədə düşünməyin vaxtı deyil” – Jezus
“Mançester Siti”nin hücumçusu Qabriel Jezus yay transfer pəncərəsində komandadan mümkün gedişiylə bağlı açıqlama verməkdən yayınıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, indi transfer məsələsi haqda düşünmək zamanı olmadığını deyib:
“İndi bu barədə düşünməyin vaxtı deyil. Hazırda mövsümün ən yaxşı anıdır. Diqqətimi komandama yönəltmək və əylənmək istəyirəm”.
Daha əvvəl “Arsenal”ın Jezusun nümayəndələri ilə əlaqə saxladığı bildirilirdi.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib.
Braziliyalı hücumçu ilə “Mançester Siti” arasındakı müqavilə 2023-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin