“İndi biz çətin vəziyyətdəyik”

“Çelsi”nin hücumçusu Kay Haverts klubun sahibi Todd Boulinin keçən ilin sentyabrında Tomas Tuxeli komandanın baş məşqçisi postundan qovması ilə bağlı qərarından təəccübləndiyini deyib.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Tuxellə çox şeyə nail olduqlarını bildirib:

“Əslində, mövsüm nisbətən sakit başladı. Çempionatın liderləri sırasına düşmək şansımız oldu. Və sonra Tomas Tuxel qovuldu… Təbii ki, bu, həmişə komandada iz buraxır. Tuxellə çox şeyə nail olduq və o, gözlənilmədən qovuldu. Hər şey bu il bizim üçün yanlış oldu.

İndi biz çətin vəziyyətdəyik. Təbii ki, bəhanələr tapmaq asandır. Mən hər şeyi başqasının üzərinə atmağın tərəfdarı deyiləm. Nəhayət, biz hamımız peşəkar futbolçuyuq və matçlarda qalib gəlməliyik”.

Hazırda “Bayern”in baş məşqçisi olan Tuxel mövsümün əvvəlində, cəmi 7 oyundan sonra “Çelsi”dən istefaya göndərilib. Həmin vaxt onun rəhbərlik etdiyi komanda Premyer Liqada altıncı yeri tutub və Çempionlar Liqasının qrup mərhələsinə uğursuz start verib, səfərdə Zaqreb “Dinamo”suna uduzub (0:1).

“Çelsi” mayın 2-də Premyer Liqanın 34-cü turunda səfərdə “Arsenal”la qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button