Amorim: “İndi bütün səhvlərdən dərs çıxarmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın yeni mövsümünə hazırlıqla bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın buraxdığı səhvlərdən nəticə çıxarmalı və tamamilə yeni bir səhifə açmalı olduğunu bildirib:

“İndi biz bütün səhvlərdən dərs çıxarmalıyıq ki, hər şeyə yenidən başlaya bilək. Mövsümə hazırlıqda əldə etdiyim bütün məlumatlardan istifadə etməyə çalışacam. Kadr dəyişiklikləri hər kəs üçün çətin keçdi. Amma indi əlimizdə hər şeyi sıfırdan başlamaq fürsəti var”.

O, əlavə edib ki, çempionat başlamazdan əvvəl texniki heyətin əsas məqsədi oyunçular arasında qarşılıqlı anlaşmanı formalaşdırmaqdır. Bundan başqa, futbolçuların fiziki hazırlığı üzərində də ciddi şəkildə işlənməsi planlaşdırılır.

Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” yeni mövsümdə ilk oyununu avqustun 17-də “Arsenal”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button