“Bütün bunların qarşısını almalıyıq” – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey baş məşqçi Erik ten Haqın istefası ilə bağlı yayılan xəbərlərə cavab verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis futbolçu, mediada boş şeylər yazanlara fikir verməmək lazım olduğunu bildirib:
“Mənə elə gəlir ki, paltardəyişmə otağında sakit olmalıyıq, ətrafımızda olan hər şeyə çox emosional yanaşa bilmərik. Bütün bunların qarşısını almalıyıq. Bizə əhəmiyyət verməyən, mediada boş şeylər yazan və aramızda nifaq salmağa çalışan bütün insanları unudun. Hazırda bizim üçün fərqi yoxdur. İndi biz birləşməli və mübarizə aparmalıyıq”.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 10 turundan sonra turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Liqa kubokunda “Nyukasl”a məğlub olan MY turnirdən kənarlaşıb.
Bizi Facebook-da izləyin