İndi başqa klubla danışıq aparmağa hazırdır – ukraynalı futbolçu

“Mançester Siti”nin ukraynalı futbolçusu Oleksandr Zinçenko DÇ-2022-nin pley-off oyunlarından əvvəl Premyer Liqanın başqa klubuna transfer barədə düşünmək istəməyib.

Komanda.az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.

Ukrayna millisinin DÇ-2022-yə vəsiqə qazana bilməməsindən sonra “Mançester Siti”nin futbolçusu başqa kluba mümkün keçidini müzakirə etməyə hazırdır. Bildirilir ki, “Arsenal” və “Vest Hem” Ukrayna millisinin futbolçusunun transferində maraqlıdır.

Ukrayna yığması DÇ-2022-də iştirak hüququ uğrunda həlledici pley-off matçında Uelsə 0:1 hesabı ilə uduzub.

Zinçenkonun “Mançester Siti” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button