Aquero karyerasını bərpa edir? – Açıqlama
“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasını davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Komanda.az “Tyc Sports”-a istinadən xəbər verir ki, o, hələ məşqlərə qayıtmaq üçün bir çox testlərdən keçməli olduğunu deyib:
“Bu, tamamilə yalandır. “İndependyente” ilə məşq etmək fikrində deyiləm. Bəzən xəbərlər uydurulur. Bəli, kardioloqumdan mesaj aldım. Dedi ki, yaxşıyam. Sağlam olmağım mənim üçün vacibdir, lakin məşqlərə ən yüksək səviyyədə qayıtmaq üçün çoxlu testlərdən keçməliyəm”.
Aquero 2021-ci ildə ürək problemlərinə görə karyerasını bitirib. Argentinalı futbolçunun son klubu “Barselona” olub. O, həm də “Mançester Siti”, “Atletiko” və “İndependyente”də çıxış edib.
Bizi Facebook-da izləyin