Braziliya klubunun futbolçusu faciəvi şəkildə öldü

Braziliyanın “İndependentye” klubunun futbolçusu Kayo Felipe Santos faciəvi şəkildə dünyasını dəyişib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu cərəyan vurması nəticəsində ölüb. Hadisə Santos çərpələng uçuran zaman baş verib. Futbolçunun uçurduğu çərpələng elektrik naqillərinə dəyib və onu cərəyan vurub.

Santosun ölümünü “İndependentye” də təsdiqləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button