“İnanırıq ki, Rusiyanın komandaları tezliklə beynəlxalq arenada oynaya biləcəklər” – UEFA rəsmisi
UEFA prezidenti Aleksander Çeferinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement Rusiya Futbol İttifaqının (RFS) Moskvadakı konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, UEFA rəsmisi tezliklə Rusiya komandalarının beynəlxalq yarışlara qatılacağına inandığını bildirib:
“İnanırıq ki, Rusiyanın milli komandaları və klubları tezliklə beynəlxalq arenada oynaya biləcəklər.
Futbol körpülər qurmalıdır. İndi bizi ciddi sınaq gözləyir. UEFA futbolun qalib gələcəyinə əmindir”.
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkənin yığmaları və klubları FİFA və UEFA-nın yarışlarından kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin