
“İnanıram ki, gücümüz var və sabah yaxşı oyun görəcəyik” – Azərbaycan millisinin məşqçisi
Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, sabah Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Məşqi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji cəhətdən komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan sabah yaxşı oyun görəcəyik”.
Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



