DÇ-2022: Bir daha millidə oynamayacağını düşünürmüş
“Tottenhem”in müdafiəçisi Erik Dayer DÇ-2022 üçün İngiltərə yığmasının heyətinə dəvət edilməsini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu milliyə dəvət almaq üçün çox çalışdığını bildirib:
“Zamanla İngiltərə yığmasında oynamayacağımı düşünürdüm. Geri qayıtmaq üçün çox çalışmalı oldum. Mən bununla fəxr edirəm. Bu, inanılmaz təcrübə olacaq. Turnirdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İngiltərə millisi B qrupunda ABŞ, İran və Uelslə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin