“Barselona” da ona “qarmaq atıb”
“Real”ın müdafiəçisi Antonio Rüdiger “Çelsi”dən İspaniya klubuna keçidindən danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi transfer təklifləri arasında İspaniya nəhəngini dəyərləndirdiyini deyib:
“Əlbəttə, mənə bir çox klub müraciət etdi, amma yalnız iki variantı nəzərdən keçirdim – “Çelsi” və “Real”. Beş il Londonda yaşamışam. Orada qala və ya “Real”a keçə bilərdim.
“Barselona” da mənimlə maraqlanırdı. Amma “Real” mənim arzum idi. Bu komanda mənə əlçatmaz görünürdü. Paytaxt klubunun futbolçularına nəzər yetirdim. Luka Modriç, Toni Kroos və Kərim Benzema ilə oynamaq imkanına sahib olmaqdan imtina edə bilməzdim”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin