İmran Yusifovdan qızıl, Aslan Mirzəyevdən bürünc medal
Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.
Komanda.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.
Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.
Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin