“İmperator” daha 3 il “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubunda baş məşqçi Fatih Terimlə bağlı qərar verilib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” rəhbərliyi “İmperator” ləqəbli mütəxəssislə yeni müqavilə imzalayıb. Yeni anlaşmaya görə, Terim daha 3 il “Qalatasaray”ın baş məşqçi postunda olacaq.
2024-cü ilə qədər davam edəcək yeni müqavilənin maliyyə şərtləri ilə bağlı məlumat verilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin