İmmobile “Beşiktaş”dan ayrılır, İtaliya klubuna keçir

Çiro İmmobile A Seriyasına qayıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı hücumçu artıq demək olar “Bolonya”nın futbolçusudur. O, sadəcə “Beşiktaş”dan yekun icazəni gözləyir.

Son günlərdə “Beşiktaş” və “Bolonya” arasında maliyyə baxımından yaxınlaşma baş verib və sözləşmənin yaxın saatlarda rəsmiləşəcəyi gözlənilir.

35 yaşlı oyunçu “Bolonya” ilə bir illik müqavilə imzalayacaq, sözləşmədə daha bir il uzadılma şərti də olacaq.

O, “Beşiktaş”da bir mövsüm çıxış edib, buna qədər isə 8 il “Latsio”nun formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button