“İmişli”nin yeni mətbuat katibi məlum oldu

“İmişli”də yeni təyinat baş tutub.

Klubdan Komanda.az-a verilən məlumata görə, Leyla Behbudlu bölgə təmsilçisinin mətbuat katibi təyin edilib.

O, bu gün heyətə rəsmən təqdim olunub.

Leyla Behbudlu bir çox media qurumlarında çalışıb, son olaraq “İctimai TV”də fəaliyyət göstərib.

O, bakalavr təhsilini BDU-nun jurnalistila fakültəsində, magistr təhsilini isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası ixtisası üzrə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button