“İmişli”nin yeni baş məşqçisi məlum oldu

“İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu vəzifəyə Fərid Namazov təyin edilib.

Namazov karyerası ərzində “Səbail”, “Qarabağ” kimi klublarda məşqçi kimi çalışıb, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.

Xatırladaq ki, “İmişli”ni ötən mövsüm Əsgər Abdullayev çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button