
“İmişli”nin daha iki rəqibi bəlli oldu
“İmişli” futbol komandasının yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda iyulun 19-da “Araz Naxçıvan-2”, 23-də isə “Sumqayıt”la qarşılaşacaq.
“İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah-2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.
Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



