
“İmişli”nin baş məşqçisi hakimlərdən şikayətləndi
“İmişli” Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:
“Birinci hissədə yaxşı oyun göstərə bildik. Topu özümüzdə saxlayırdıq. Düzdür, bu, qapıya zərbələrdə özünü büruzə vermirdi. “Şamaxı”nın aqressiv oyununa qarşı oynaya bilirdik. Rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə “Şamaxı” daha yaxşı təsir bağışladı. Onlar meydanın bizə aid olan hissəsində topa daha çox yiyələnirdilər. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Qolu da belə vəziyyətdən vurdular.
Hakimlərdən narazılığım var. Təkrara baxdıq. Məncə, top Karim Rossinin əlinə dəyib qapıya girdi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Dəyişikliklərdən sonra açıq oyun getdi. Amma qol vura bilmədik”.
Bizi Facebook-da izləyin



