
“İmişli”dən qapıçısı ilə toqquşan futbolçusunun durumu haqda açıqlama
“Turan-Tovuz”a qarşı keçirilən Premyer Liqasının 1-ci turunda zədələnən “İmişli”nin futbolçusu Dioqo Vaskes Rollonun durumu açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Həkimlərin ilkin rəyinə əsasən, oyunçunun vəziyyəti sabitdir və ciddi təhlükə yoxdur. Onun müalicə prosesi davam edir.
Dioqo Vaskes Rollo epizodların birində öz komanda yoldaşı, qapıçı Andrey Sinenka ilə toqquşub və çiynindən xəsarət alıb. Qarşılaşma Tovuz klubunun minimalhesablı (1:0) qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



