
“İmişli” keçmiş futbolçusunu geri qaytardı
“İmişli” klubu sabiq futbolçusu Xəzər Mahmudovu qaytarıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
2023/2024 mövsümündə də “İmişli”də oynamış futbolçunun son klubu Azərbaycanın 1-ci Liqa təmsilçisi “Baku Sporting” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin