
“İmişli” braziliyalı futbolçu transfer etdi
“İmişli” klubu heyətinə daha bir legioner futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub braziliyalı Rafael Vyeqasla anlaşıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “İmişli” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



