İmanov erməniyə qalib gəldi, WJF kəmərinin sahibi oldu – video

Azərbaycanlı kikboksçu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən İmanov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib. Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.

Xoceliani Gürcüstanı təmsil edib.

Məhəmməd İmanov gənclər arasında WAKO versiyası üzrə Avropa çempionatının qalibi, dünya çempionatının gümüş medalçısıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button