İlqar Rəhimov IBSA-nın prezidenti seçildi
İyunun 30-da Portuqaliyanın Fatima şəhərində Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) növbədənkənar Baş Assambleyası keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə IBSA-nın prezidenti vəzifəsinə seçki keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, IBSA-nın vitse-prezidenti İlqar Rəhimov növbəti 4 il müddətinə beynəlxalq təşkilatın prezidenti seçilib.
Qeyd edək ki, IBSA görmə məhdudiyyəti olan insanlar üçün idmanın inkişafı üzrə dünyanın aparıcı təşkilatıdır. Onun dünya üzrə 120-dən çox üzvü var. IBSA qolbol, cüdo və kor futbol kimi paralimpiya idman növləri üzrə idarəetmə orqanıdır. IBSA-nın mənzil qərargahı Almaniyanın Bonn şəhərində yerləşir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin