“Bu, illər ərzində xatırladığım ən pis matçlardan biridir” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur matçında “Şaxtyor”a məğlubiyyətdən (0:1) danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispan mütəxəssis komandanın çətin dövrlərdən keçdiyini bildirib:
“Biz aşağı səviyyədə oyun nümayiş etdirdik: topu itirmək, topa sahib olmaqda problemlər, hücumda problemlər. Bu, illər ərzində xatırladığım ən pis matçlardan biridir. Çətin dövrlərdən keçirik, bunu etiraf etməliyik. Bu, utancvericidir. Hər şey bizdən asılıdır, növbəti oyunda evdə “Portu” ilə oynayacağıq. Orada pley-offa yüksələ bilərik”.
“Barselona” 9 xalla H qrupunda liderliyini davam etdirir. Növbəti turda kataloniyalılar “Portu”nu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin