“Belə təməl üzərində komanda qurmaq olar” – “Milan”ın yeni baş məşqçisi
“Milan”ın baş məşqçisi Serxio Konseysao yeni klubunda çalışması ilə bağlı ilk təəssüratlarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ilkin təəssüratın çox müsbət olduğunu bildirib:
“İlkin təəssürat çox müsbət oldu, mən təkmilləşməyə çalışan bir komanda gördüm. Futbolçular yeni taktiki ideyalar öyrənməyə hazırdırlar. Bu mənim üçün vacibdir, belə bir təməl üzərində komanda qurmaq olar. Bəli, mən kluba yenicə gəldim, sonra Səudiyyə Ərəbistanında keçirilən İtaliya superkubokuna getdik, məşq üçün vaxt az idi”.
“Milan” bu gün İtaliya superkubokunun yarımfinal mərhələsində Ər-Riyadda “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin