“Noyerə kapitanlıq sarğısı verilməyəcək” – Naqelsmann
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann yarımmüdafiəçi İlkay Gündoğanın millinin kapitanı olaraq qalacağını bildirib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis milli komandanın qolkiperi Manuel Noyerə kapitanlıq sarğısının verilməyəcəyini deyib:
“Noyerə kapitanlıq sarğısı verilməyəcək. İlkay kapitan olaraq qalacaq. Davamlı olmağımız vacibdir”.
2016-cı ildən millinin kapitan sarğısı “Bayern”in qapıçısı Manuel Noyerdir. Zədə səbəbindən 37 yaşlı qolkiper ötən ildən meydana çıxmır. Gündoğan millidə kapitan sarğısını bu ilin sentyabrında alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin