“Qızıl top”un sahibi Messi və ya Haland olmalıdır” – Gündoğan
“Barselona”nın yeni futbolçusu İlkay Gündoğan 2023-cü ildə “qızıl top”u kimin qazanmalı olduğunu açıqlayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “qızıl top” mükafatı üçün iki futbolçunu namizəd göstərib:
“Mükafatın sahibi Lionel Messi və ya Erlinq Haland olmalıdır. Onların yanında heç kimi görmürəm. Qərar vermək mənə aid olmadığı üçün şadam, amma hər ikisi buna layiqdir”.
Gündoğan kataloniyalılarla bu yay 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Onun müqaviləsində sərbəst qalma məbləği 400 milyon avro nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin