Gündoğan daha 1 il “Mançester Siti”də olacaq

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İlkay Gündoğanın müqaviləsinin müddətinin uzadıldığını təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Gündoğanın daha bir il müqaviləsinin olduğunu deyib:

“Gündoğanın daha bir il müqaviləsi var. Yayda nə olacağını bilmirəm, amma indi onun daha bir illik müqaviləsi var”.

34 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər qüvvədə olacaq.

Almaniyalı futbolçu Premyer Liqanın cari mövsümündə 28 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button