“Barselona”ya “yox” deyə bilməzsən” – Gündoğan
“Barselona”nın yeni transferi İlkay Gündoğan komanda ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az “Sport TV”-yə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu komandadakı debütünü səbirsizliklə gözlədiyini deyib:
“Barselona” forması ilə debütümü səbirsizliklə gözləyirəm. Pedri ilə meydanda oynamaq çox həyəcanlı olacaq. O, böyük istedaddır.
Niyə fantastik mövsümdən sonra “Mançester Siti”dən “Barselona”ya gəldim? Çünki bu, “Barsa”dır. “Barselona”ya “yox” deyə bilməzsən. Çoxu uşaqlıqdan bu klubda oynamaq arzusunda olub, o cümlədən mən.
Mən bura 32 yaşım olmasına baxmayaraq, hələ də yaxşı olduğumu özümə sübut etmək üçün gəlmişəm. Bu, yeni macəradır və asan olmayacaq. Yeni macəralar məni özümün ən yaxşı versiyama çevirir”.
32 yaşlı yarımmüdafiəçi bu yay “Mançester Siti”dən “Barselona”ya transfer olunub. O, beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin