
İlk yarımfinalçı bəlli oldu
Klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.
Komanda.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Braziliya təmsilçisi “Fluminense” Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə qarşılaşıb.
Matç “Fluminense”nin qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandanın qollarını Martinelli (40) və Herkules (70) vurublar. “Əl-Hilal”ın yeganə qoluna isə 51-ci dəqiqədə Markos Leonardo imza atıb.
Braziliya klubu yarımfinalda “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək.
ABŞ-da təşkil olunmuş turnirə iyulun 13-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



