“Qalmağımı istəsələr…” – “Mançester Yunayted”in futbolçusu
İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək Nemanya Matiç açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”dakı gələcəyi müəyyənləşməyən 31 yaşlı yarımmüdafiəçi, bunları deyib:
“Klubla mövsümün sonuna qədər müqaviləm var. Klub rəhbərliyi komandaya faydamın dəyəcəyini düşünsə, danışıqlara başlayacam. Əks halda, həyat davam edir. Hələ aramızda heç bir danışıq olmayıb, amma mövqeyim bəllidir. Bu klubun şərəfini qorumaq mənim üçün zövqdür. Bura uğur qazanmaq üçün gəlmişəm. Qalmağımı istəsələr, titul qazanmaq üçün əlimdən gələni edəcəm.
Hazırda mənimlə hansı klubların maraqlandığını deyə bilmərəm. Amma “Mançester Yunayted”də oynayırsızsa, bir çox klub sizinlə maraqlanır. İlk seçimim hər zaman “Mançester Yunayted”dir, amma ayrılmağa qərar verilərsə, başqa yol axtaracam”.
Matiç, komandanın hazırkı vəziyyəti haqqında da danışıb:
“Klub gənclərə şans vermək istəyir, bunda səhv bir şey yoxdur. Amma insanlar həm də nəticə tələb edir. Azarkeşlər titul qazanmağa öyrəşiblər. Gənc futbolçular əllərindən gələnin ən yaxşısını edirlər, lakin zamana ehtiyac var. Problem bu cür klublara zamanın verilməməsidir”.
Bizi Facebook-da izləyin